пятница, 10 апреля 2015 г.

NİTQ MƏDƏNİYYƏTİ

       Azərbaycan dili dünyanin ən qədim və zəngin dillərindən biridir. Dilimizin imkanları olduqca genişdir və onun vasitəsilə istənilən fikri ifadə etmək mümkündür.Biz fəxr edirik ki, kökləri cox qədim dövrlərə bağlanan dilimiz müstəqillik əldə etmiş xalqımızın əsas ünsiyyət vasitəsidir.

     Qrupumuzun üzvləri,ilk növbədə, nitq mədəniyyəti anlayışını və onun əsas şərtlərini araşdırdı.Müxtəlif mənbələrlə, xüsusən internet səhifələrində nitq mədəniyyəti ilə bağlı materiallarla tanış olduq. Bildik ki, nitq mədəniyyəti ümumi mənəvi mədəniyyətin tərkib hissələrindən biridir və müstəqillik əidə etdiyimiz bir dövrdə hərtərəfli inkişaf etmiş şəxslərin yetişməsində dil mədəniyyətinin rolu cox böyükdür.
    Gələcəyin qurucuları olan biz gənclər dərin biliyə, hərtərəfli informasiyaya yiyələnməklə yanaşı, aydın və cəlbedici danışmağı bacarmalıyıq. İndi gözəl nitq qabiliyyətinə yiyələnməyi zaman özü tələb edir.
     Apardığımız tədqiqatlar nəticəsində müəyyən etdik ki, nitq mədəniyyəti danışıq və yazı zamanı orfoqrafiq və orfoepik qaydalara, qrammatik qayda-qanunlara, üslub normalarına əməl etmək, zəngin söz ehtiyatına malik olmaq, nitqin etik normalarını gözləməkdir.Gözəl danışığa yiyələnmək həyatda qazanılır və bizim hər birimiz gözəl nitqə sahib ola bilərik. Bunun ücün dilimizi gözəl bilməli, zəngin söz ehtiyatına malik olmalı və ədəbi dilin normalarına yaxından bələd olmalıyıq. Bu işin öhtəsindən gəlmək ücün cox mütaliə etmək, radio və televiziyada gedən intellektual verilişlərə baxmaq, həmin verilişlərin iştirakcısına cevrilməyə calışmaq, fikir mübadilələrində fəallıq göstərmək, yazılı və şifahi şəkildə başqaları ilə əməkdaşlıq etmək lazımdır.



    
     
    Nitq mədəniyyətinin əsas tələbləri bunlardır: aydınlıq, düzgünlük, sadəlik, dəqiqlik, yığcamlıq, zənginlik, ifadəlilik və s. Aydınlıq- dinləyici və oxucunun nitqi asanlıqla başa düşməsi, yığcamlıq- fikrin qısa, aydın, lakonik şəkildə ifadəsi, təmizlik- ədəbi dilin normalarına uyğun gəlməyən dil vahidlərinin işlədilməməsi, düzgünlük- həm yazılı, həm də şifahi nitqdə qrammatik qaydalara əməl etmək, zənginlik- nitqdə işlənən dil ünsürlərinin müxtəlifliyi və coxluğu, sadəlik- anlaşıqlı olmasıdır.Nitqin ifadəliliyi dedikdə isə üslub baxımından ən uğurlu dil vasitələrindən istifadə etmək bacarığı başa düşülür.Axtarışlarımız göstərdi ki, bu tələblərə əməl edən nitq sahibi gözəl nitq mədəniyyətinə malik olan şəxsdir.
     "...Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis danışmalı və bu dili sevməlidir".
(Heydər Əliyev)