Gözəl nitq mədəniyyətinə malik olmaq ücün ədəbi dilin normalarına bələd olmaq lazımdır.Bildiyimiz kimi, ədəbi dil xalq dilinin ciddi fonetik, leksık və qrammatik normaları əsasında fəaliyyət göstərən formasıdır. İnternet səhifələrində yer almış dərsliklər, mühazirələr bu haqda olan anlayışlarımızı daha da dərinləşdirdi.
Yazılı və şifahi formada
özünü göstərən ədəbi dil
normalara əsaslanır:
1.Fonetik norma
özünü göstərən ədəbi dil
normalara əsaslanır:
1.Fonetik norma
2.Leksik norma
3.Qrammatik norma
Fonetik norma sözlərin düzgün yazılışını və tələffüzünü tələb edir. Bunlar da orfoqrafik və orfoepik normalarla tənzimlənir. Hamı öz nitqində bu qaydalara əməl etməlidir.
Yazarkən orfoqrafiya qaydalarına əməl etmək hər bir şəxsin savad dərəcəsini göstərir. Hər hansı bir yazını oxuyanda rastlaşdığımız hərf və durğu işarələri səhvi yazı müəllifi haqqında oxucuda fikir yaradır. Həmin şəxsə qarşı içimizdə onun savadına şübhə hissi yaranır.
Məsələn: Stolun üsdünə yığılmış qalax qalax kitaplara uşağ maraxnan baxırdı.
Və yaxud : oxuyacam, lahiyə, kiprik, səlnamə, orjinal, konstusiya və s. kimi sözlərin yazılışı müəllif haqqında, əlbəttə ki, müsbət rəy yarada bilməz.
Sözlərin düzgün yazılışı, durğu işarələrindən istifadə, sözlərin sətirdən-sətrə keçirilməsi, xüsusi isimlərin böyük hərflə yazılması, dırnaq işarsəininn qoyulması orfoqrafik norma ilə tənzimlənir.
Dilimizin orfoeipik normasına əməl etmək ətrafdakı insanlarda rəğbət hissi oyadır. Müəllimlər, diktorlar, şərhçilər, jurnalistlər, natiqlər bu mənada xüsusi məsuliyyət daşıyırlar və bizim üçün örnək rolunu oynayırlar. Ancaq çox təəssüf ki, bu sahədə də hələ durum o qədər yaxşı deyil. Düzdür, son illərdə diktorlarımızın, jurnalistlərimizin, fəal gənclərimizin böyük əksəriyyətinin nitq mədəniyyəti sahəsindəki inkişafı bizdə qürur hissi doğurur. Onların dannışıq mədəniyyəti, fikirlərini aydın, cəlbedici və lakonik şıkildə çatdırmaq qabiliyyəti diqqəti cəlb edir. Lakin bunu hamıya aid etmək olmaz. Gənclərimizin düzgün mədəniyyətinə yiyələnməsi sahəsində ən ağır yük, əlbəttə ki, müəllimlərin üzərinə düşür.
Sözün düzgün tələffüzü, vurğunun istifadəsi orfoepik normalarla müəyyənləşir. Məsələn: tüstü [tüsdü]
gəlmişsiniz [gəlmisiz]
müəllim [mə:llim ] və s.
qaçer, gəldux, gedəjəh, babon, nöşün və s. kimi dialekt ünsürlərinə rast gəlmək də fonetik normanın pozulmasıdır.
Leksin norma isə hər birimizdən sözün leksik mənasına bələd olmağı və onu düzgün, yerində işlətməyi tələb edir. Əks təqdirdə leksik norma pozulmuş olur.
Məsələn: Sevil boşqablara aş qoydu (çəkdi).
Toyuqlar dama (hinə) doluşdular.
Nitqimizdə dialekt sözlərdən, arxaizmlərdən, vulqarizm və varvarizmlərdən istifadə də leksik normanın pozulması deməkdir. Buna görə də gözəl nitqə yiyələnmək üçün leksik normanın tələbərinə yiyələnmək vacibdir.
Qrammatik norma isə sözlər və cümlələr arasında əlaqənin nitqdə düzgün qurulmasını tələb edir. Cümlədə söz sırasının pozulması, mübtəda ilə xəbərin uzlaşmasında yol verilən səhvlər, şəkilçilərin ardıcıllığı prinsipinə əməl olunmaması qrammatik normanın pozulması hesab olunur.Fonetik və leksik normaların pozulması birbaşa qrammatik normanın pozulması deməkdir.
Ədəbi dilin normaları tarixi kateqoriyadır və sabitdir. Ancaq bu normalar dildə nisbi sabitlik yaradır, onlar mütləq deyil, dəyişkəndir. Bu hal özünü daha çox orfoqrafik və leksik normalarda göstərir. Orfoqrafiya qaydalarında edilən dəyişikliklər, sözün yeni qaydada yazılması, dilimizin lüğət tərkibindən bəzi sözlərin çıxması, yeni sözlərin dilimizə daxil olması bunun bariz nümunəsidir.
Məsələn, 2013-cü ildə orfoqrafiya qaydalarında edilmiş dəyişikliyə görə bir sıra sözlərin yazılışı dəyişilmişdir:
fel - feil
nəqarət - nəqərat
metafora - metafor
dzü-do - cüdo
tabaşir - təbaşir
kompyuter - kompüter və s.
Eyni zamanda dilimizdəki bir sıra sözlər ümumişləkliyini itirmiş, eyni zamanda elm və texnikanın inkişafı digər xalqlarla ünsiyyətin və əlaqələrin genişlənməsi ilə əlaqədar olaraq dilimizə yeni sözlər daxil olmuş, özləşmə meyilləri əsasında yaradılmış sözlər lüğət tərkibimizi daha da zənginləşdirmişdir. Məsələn: familiya, pioner, kolxoz, komsomol və s kimi sözlər köhnəlmişdir. Əksinə, yetərsay, soyqırım, öndər, toplu, soyad, durum, dönəm, dəstəkləmək və s kimi sözlər lüğət tərkibimizə daxil olmuşdur.
Ədəbi dilin normaları haqqında əldə etdiyimiz məlumatlardan bu qənaətə gəldik ki, gözəl nitqə malik olmaq üçün bu normaları gözləmək əsas şərtlərdən biridir. Ancaq bunun üçün nitq üslubi cəhətdən də düzgün qurulmalıdır. Yəni biz düşüncələrimizi çatdırmaq üçün sözləri elə seçməli, elə əlaqaləndirməliyik ki, fikrimiz aydın ifadə olunsun. İntonasiyamıza, jest və mimikamıza da diqqət yetirməli, yoruculuqdan uzaq olmalıyıq.

Комментариев нет:
Отправить комментарий