Mədəniyyət anlayışı geniş məfhumdur. Dil mədəniyyəti, geyim mədəniyyəti, danışıq mədəniyyəti, yemək mədəniyyəti və s. Amma hansı sahəyə aid olursa olsun bu anlayışın leksik mənasında gözəllik, incəlik, cəlbedicilik, yüksəklik dayanır. Bizim haqqında danışdığımız nitq mədəniyyətinin də əsasında məhz gözəllik durur. Nitq mədəniyyəti özü gözəl nitq deməkdir. Hal-hazırda ölkəmiz dünyanın ən inkişaf etmiş ölkələri ilə bir sırada dayanmaq ücün iqtisadiyyatın müxtəlif sahələri üzrə irəlilədiyi kimi, mədəniyyətimizin müxtəlif sahələri üzrə də möhkəm addımlarla irəliləyir. Gənclərimizin bu inkişafda rolu danılmazdır.
Müasir gənclərimizin inkişaf səviyyəsi, dünyagörüşü, savad dərəcəsi yüksəkdir. Elm və texnikanın inkişafı, internet bizə geniş imkanlar açıb. Yaşlı nəsildən fərqli olaraq, müxtəlif sosial şəbəkələr vasitəsilə biz gənclər dünyada baş verən bütün hadisələri izləməyə, maraqlandığımız hər bir sahəyə aid məlumatlar əldə etməyə nail oluruq. Fikirlərimizi bölüşür, hadisələrə münasibət bildirir, problemləri həll etmək üçün yollar araşdırırıq. İnternetin yüksək xidmət imkanları bizim hərtərəfli inkişafımıza şərait yaradıb.
Ancaq internetin müsbət tərəfləri ilə yanaşı, əlbəttə ki, mənfi tərəfləri də var. Biz burada sağlamlıqla bağlı fikirlərə toxunmaq istəmirik. Əsas mətləbimiz nitq mədəniyyəti olduğu üçün fikirimizi bu səmtə yönəltmək istərdik. Bizcə kompüter, mobil telefon xidməti gənclərimizin savadlı yazmaq və orfoqrafik qaydalara əməl etmək baxımından geriləməsinə gətirib çıxarır. Gənclərimiz nəinki imla xətalarına yol verirlər, leksik normanı belə hədsiz dərəcədə pozurlar. Hətta onlar özlərinə məxsus ixtisarlara yol verir, varvarizmlərdən, o cümlədən vulqarizmlərdən də istifadə edir və bunu normal şəkildə qəbul edirlər.
Məsələn: ok, tel, vizov at, q asmaq, x etmək, kont yoxdur, z etmək, otveçatsan, zary qurtarıb, çujoy, çuşka, tupoy, debil və s.
Bununla yanaşı hamı yazılı ünsiyyətə üstünlük verdiyindən şifahi ünsiyyət arxa plana keçir. Buna görə də böyük əksəriyyətimiz öz fikirlərimizi şifahi şəkildə ifadə etməkdə çətinlik çəkirik. Axtarışlarımız və müşahidlərimiz bunun artıq bir problemə çevrildiyini göstərir. Xüsusən televiziya verilişlərinə baxarkən bəzən utanc doğuracaq hallara belə rast gəlirik. Nəinki gənclərimiz, hətta nisbətən yaşlı nəslin nümayəndələri belə öz fikirlərini aydın, ardıcıl, məntiqli şəkildə ifadə etməkdə çətinlik çəkirlər.
Bu problemin meydana gəlməsinin bir sıra səbəblərini araşdırmağa çalışdıq. Bizcə, bu problemin ilkin səbəbi ailədən, usağa verilən tərbiyədən və onlara münasibətdən başlayır. Başqa xalqlardan fərqli olaraq, valideynlərimiz dil açan körpələrlə xüsusi məşğul olmaqdan qaçırlar. Onlar çox danışanda narazı qalırlar, uşaqların verdiyi suallara cavab verməkdən qaçırlar. Fikrimizcə uşaqların nitqinin yaxşı olmaması mıhz buradan başlanır. Sonra məktəbəqədər təhsil müəsisələrində bu iş davam etdirilməlidir. Çox təəssüf ki, əksəriyyət məktəbəqədər təhsil müəsisələrimizdə bu işin təşkili ürəkaçan səviyyədə deyil. Halbuki orada məhz usaqların nitqini inkişaf etdirmək üçün xüsusi təhsil almış tərbiyəçi- müəllimlər işləməlidir.
Ümumiyyətlə, cəmiyyətdə hər kəs uşaqların nitqini inkişaf etdirməyə xüsusi diqqət yetirməlidir. İndi kurikulumla tədrisə keçilməsi şagirdlərin danışıq səviyyəsinin yüksəlməsi üçün şərait yaradır. Oxuduğumuz materiallardan öyrəndik ki, artıq son 2 ildə ali məktəblərin hamısında "Nitq mədəniyyəti" ayrıca bir fənn kimi tədris olunur. Bu, əlbəttə ki, təqdir olunacaq işdir. Bizə də 10-cu sinifdə "Nitq mədəniyyəti" bölməsi keçilir. Ancaq bu bizi nəzəri cəhətdən hazırlayır. Bizcə, bunun praktik şəkildə keçirilməsinə, danışıq kursları formasında tətbiqinə vaxt ayrılsa, daha səmərəli nəticələr əldə etmək olar. Televiziyanın imkanlarından da istifadə etmək yaxşı nəticələr verə bilər. Xüsusi verilişlər hazırlamaq, gənclərimizi oraya cəlb etmək, müsabiqələr təşkil etmək olar.
Fikrimizcə imtahanların test üsuluna keçməsi də nitq mədəniyyətinə mənfi təsir göstətən amillərdəndir. Hazırlanmış suallarln cavabını işarələməklə bilik nümayiş etdirmək uşaqların nitqinə zərbə vurur.
Əlbəttə, qısa bir essedə bu problemi çözmək mümkün deyil. Biz sadəcə gördüyümüzü, hiss etdiyimizi ifadə etməyə çalışdıq. Əsas məqsədimiz isə gənclərin nitq mədəniyyəti ilə bağlı düşüncələrimizi bölüşmək idi. Hər kəsin gözəl nitqə malik olması onun öz əlindədir.
GƏLİN GÖZƏL DANIŞAQ !!!

Комментариев нет:
Отправить комментарий